Tərtər rayonunda atəşkəs pozulub, yaralılar var

Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Azərbaycan Mudafiə Nazirliyindən verilən məlumata görə, martın 7-i saat 20.30-dan 23.00-dək Ermənistan silahlı qüvvələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndində yerləşən mövqelərindən Azərbaycan silahlı qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atəşə tutublar. Cavab atəşi açılıb. Atışmada 4 Azərbaycan əsgəri yaralanıb.



Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun verdiyi məlumata görə, yaralı əsgərlər hospitala aparılıb.



Atəşkəsin pozulması martın 8-də davam edib.



Martın 7-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində ATƏT-in növbəti monitorinqi də keçirilib. Monitorinq aparıldığı gündə atəşkəsin pozulmasını Ramiz Məlikov belə qiymətləndirir.



«Ermənistan tərəfi beynəlxalq qanunların tələblərini yerinə yetirmir, işğalçılıq siyasətini davam etdirir».



Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev isə bildirir ki, atəşkəsin pozulması beynəlxalq aləmin diqqətindən yayınmamalıdır.



Cəbhə xəttində monitorinq keçirən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik isə yerli telekanallara bildirib ki, monitorinq zamanı atışma qeydə alınmayıb.