Dünya iqtisadiyyatında geriləmə 1-2 faiz olacaq

Bu il dünya iqtisadiyyatında geriləmə 1-2 faiz olacaq.

Bunu Dünya bankının rəhbəri Robert Zellik Brüsseldə keçirilmiş mətbuat konfransında deyib.

O indiki iqtisadi böhranın 1930-cu illərdən buyana ən ağır böhran olduğunu deyib.

Robert Zellik böyük 20-lər ölkələrinin liderlərini böhrandan çıxmaq üçün aprelin 2-də Londonda keçiriləcək konfransda yeni tədbirlər qəbul eləməyə çağırıb.