Əfqanıstanda törədilmiş partlayışlar nəticəsində 11 adam ölüb

Əfqanıstanda törədilmiş 2 partlayış nəticəsində 11 adam ölüb.

Hakim dairələrin məlumatına görə ölkənin şərqində yerləşən Nanqarhar əyalətində intiharçı özünü polis məntəqəsində partladıb, nəticədə 6 adam ölüb.

Host əyalətində törədilmiş partlayış nəticəsində isə 5 adam ölüb.

Onlar Novruz bayramını qeyd edirmişlər.