Soros Fondu Azərbaycan müxalifətini maliyyələşdirmədiyini deyir

Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Soros Fondunun Azərbaycan bölməsi müxalifəti maliyyələşdirmir.



Bu haqda bəyanatla martın 4-də Açıq Cəmiyyət İnstitutu—Soros Fondunun Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov Bakıda keçirdiyi mətbuat konfransında çıxış edib.



Cənab Əsədovun sözlərinə görə, fondun daxili qaydalarına əsasən, heç bir siyasi partiya fonddan maliyyə dəstəyi ala bilməz.



Fərda Əsədov deyir ki, Soros Fondu gələcəkdə digər beynəlxalq qurumlarla birlikdə ictimai əsaslarla yaradılacaq “Yeni TV”ni maliyyələşdirməyi öz üzərinə götürə bilər. Ancaq hələlik “Yeni TV”nin təşəbbüs qrupu tərəfindən Soros Fonduna heç bir müraciət daxil olmayıb.



Ümumiyyətlə, son bir il ərzində Açıq Cəmiyyət İnstitutu—Soros Fondu Azərbaycandakı layihələrə 2 milyon 800 min dollar xərcləyib.