Qırğızıstanda prezident seçkisi iyulda keçiriləcək

Qırğızıstanda prezident seçkiləri bu il iyulun 23-ü keçiriləcək. Verilən məlumata görə parlament qərarı martın 20-si deputatların əksəriyyətinin səs çoxluğu ilə qəbul edib. Martın 19-u ölkənin Konstitusiya Məhkəməsi müəyyən etmişdi ki, seçkilər bu ilin oktyabrın 25-ə qədər keçirilməlidir.

Qırğızıstanda prezident seçkilərinin keçirilmə tarixi ilə bağlı mübahisələr yaranmışdı.

Ölkənin indiki prezidenti Kurmanbek Bakiev 2005-ci ilin iyulunda 4 illik müddətinə seçilmişdi. Daha sonra konstitusiya prezidentlik müddətinin 5 ilə qədər uzanması ilə bağlı dəyişiklik edilmişdi. Buna görə də Konstitusiya məhkəməsi seçkilərin bu il ya gələn il keçirilməsinə məsələsinə müzakirə etməli idi və bu il keçirilməsi qərarını verdi.