AŞ baş katibi oktyabr hadisələri zamanı həbs olunanları azad etməyə çağırır

Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan hökumətini 2003-cü il oktyabr hadisələriylə bağlı həbs olunanları azadlığa buraxmağa çağırıb.



Terri Devis deyib:



"Mən hakimiyyəti insan haqlarına dair Avropa Konvensiyası çərçivəsində öhdəliklərə əməl etməyə, bu konvensiyanın 2003-cü il oktyabr hadisələri zamanı həbs olunanlara şamil edilməsinə çağırıram".



AŞ mətbuat xidmətindən “Turan”a bildiriblər ki, "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun Azərbaycanda məhkəmələrlə bağlı son hesabatına görə, AŞ-nın səylərinə baxmayaraq, bir sıra problemlər həll olunmamış qalır".



AŞ-nın baş katibi hakimiyyəti ATƏT-in hesabatına reaksiya verməyə çağırıb.



"Hakimiyyət beynəlxalq standartlara zidd həbs edilmiş şəxslərin hüquqlarının bərpası üçün təcili tədbirlər görməlidir. AŞ ədalət məhkəməsi sahəsində öhdəliklərini yerinə yetirməkdə Azərbaycana yardımçı olmağa hazırdır".