İraq prezidenti Türkiyəni kürd separatçılarına amnistiya verməyə çağırıb

İraq prezidenti Cəlal Talabani Türkiyəni kürd separatçılarına amnistiya verməyə çağırıb.

Cəlal Talabani hesab edir ki, belə olsa PKK-a yaraqlıları mübarizəni dayandırıb, silahı İraqın şimalındakı Amerika hərbçilərinə təhvil verəcəklər.

O bunu Sabah qəzetinə müsahibəsində deyib .

Talabani həmçinin qeyd edib ki, gələn ay əsas kürd qruplarının da iştirak edəcəyi Ərbildə keçiriləcək regional konfransda o PKK-nı silahlı yerə qoymağa çağıracaq.

Birləşmiş Ştatlarla Avropa Birliyi PKK-nı terrorçu təşkilat hesab edirlər.