Beynəlxalq Muğam Festivalı başlayır

Beynəlxalq Muğam Festivalı martın 18-dən 25-dək davam edəcək

Martın 18-də Azərbaycanda ilk dəfə olaraq keçirilən Beynəlxalq Muğam Festivalına start verilir.

Bununla əlaqədar həmçinin, muğama həsr olunan «Muğam aləmi» beynəlxalq elmi simpoziumu keçiriləcək. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var.

Simpoziumun təşkili üzrə komissiyanın həmsədri, akademik Nailə Vəlixanlının sözlərinə görə, simpoziumun keçirilməsində məqsəd muğam fəlsəfəsinin, peşəkar musiqi ifaçılığının təbliği, tədrisi, müasir dinləyici mədəniyyətinin formalaşdırılması problemlərini gündəmə gətirməkdir. Tədbir Azərbaycan Tarix Muzeyində baş tutacaq.

Beynəlxalq Muğam Festivalı martın 18-dən 25-dək davam edəcək.