Naxçıvanda referenduma start verildi

Naxçıvanda 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 15 saylı məntəqəsi vaxtında açılıb. Müşahidəçilər var.

Prezident seçkilərindən fərqli olaraq, seçkinin ilk dəqiqələrində məntəqə qarşısında qələbəlik olmayıb. Məlumatı «Azadlıq» radiosunun Muxtar Respublikadakı müxbiri verib.