ABŞ dövlət katibi Hillari Klinton Pakistanda ali məhkəmə sədrinin hüquqlarının bərpa olunmasını alqışlayıb. O bildirib ki, bu da Pakistana Əfqanıstanla sərhəddə olan ərazilərdə yaraqlılarla mübarizə aparılmasına daha çox köklənməyə imkan yaradacaq.
Hillari Klinton bu qərarın Pakistanda demokratiyanın möhkəmləndirilməsi və qanunun aliliyinə doğru «ilk addım» adlandırıb.
Martın 16-ı rəsmi İslamabad bəyan etmişdi ki, istefaya göndərilən ali məhkəmə sədri İftixar Çaudrinin hüquqları bərpa edilir. Ali məhkəmə sədri İftixar Çaudri və bir sıra digər hakimlər keçmiş prezident Pərviz Müşərrəf tərəfindən istefaya göndərilmişdi.