Əli Kərimli gənclərlə görüşüb

Əli Kərimli - AXCP sədri

«Sevindirici haldır ki, indi Azərbaycanda gənc yazarlar nəsli yetişir. Onlar saray ədəbiyyatı yox, real ədəbiyyat yaradırlar». Bunu martın 15-də gənclərlə görüşən AXCP sədri Əli Kərimli deyib.

O, bildirib bu referendum cəmiyyətin bütün təbəqələri kimi gənclərin də hüquqlarını pozur. Partiya sədri gəncləri referendumda iştirak etməməyə çağırıb.

Əli Kərimlinin gənclərlə görüşü Azərbaycan Demokrat Partiyasının qərargahında keçirilib.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət referendumu boykot edib.