Sürüşmə zonası yaşayış üçün yararlı hesab edildi

Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Nərimanov prospektində baş verən sürüşmədən sonra evakuasiya edilən ailələr evlərinə qayıda bilərlər. Hadisə ilə bağlı Nazirlər Kabinetində yaradılan komissiyanın rəyində belə bildirilir.



Bakı şəhər icra başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, sakinlər evlərinə tam köçürüləndən sonra iki saat ərzində mənzillər mavi yanacaqla təmin ediləcək. Köçürməyə isə yanvarın 10-u Bakı vaxtı ilə saat 21-dən başlanılıb.



Hacıbala Abutalıbov deyir ki, sakinlərin evlərinə qayıtmalarına icazə verilsə də, hələlik ərazidə maşınların hərəkəti qadağan edilir. Buna səbəb prospektdə geoloqların iş aparmasıdır. Yerin altındakı suyun tərkibi və torpağın vəziyyəti öyrənilir.