Abdulla Gül terrorçuluqla beynəlxalq mübarizəyə kömək etməyə çağırıb

Regional İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr terrorçuluğa qarşı beynəlxalq mübarizə və İsrail-Fələstin münaqişəsinin həllinə kömək etməlidilər.

Bunu Türkiyə prezidenti Abdulla Gül təşkilatın Tehranda keçirilən sammitində deyib.

Iran prezidenti Mahmud Əhmədinijad isə Birləşmiş Ştatlar və digər aparıcı ölkələri qlobal iqtisadi böhrana səbəb olmuş ədalətsiz iqtisadi sistem yaratmaqda günahlandırıb.

Sammitdə qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunur.