Bağdadda 25 nəfər ölüb, 30-a yaxın yaralı var

Bağdadın qərbində baş verən partlayışda azı 25 nəfər ölüb, 28-i yaralanıb. Hadisə paytaxt kənarındakı izdihamlı Abu Qreyb bazarında olub.

Polis deyib ki, intiharçı partlayıcını bazara yüksək rütbəli rəsmilər və hərbçilər gələn zaman işə salıb.

Ölənlərin arasında yerli ordu komandiri də var.