Ombudsman son hesabatını verdi

Elmira Süleymanova deyib ki, işlədiyi dövr ərzində ona 42 mindən çox müraciət daxil olub

Martın 6-da Azərbaycanın İnsan haqları üzrə müvəkkili – ombudsman Elmira Süleymanova 2008-i ildə ölkədə insan haqlarının vəziyyəti ilə bağlı son hesabatını verib.

2009-cu ildə onun ombudsman fəaliyyəti başa çatır.

E.Süleymanova deyib ki, işlədiyi dövr ərzində ona 42 mindən çox müraciət daxil olub. 2008-ci ildə isə bu müraciətlərin sayı 9 minə yaxın olub.
Bütün fəaliyyət dövründə ombudsmana daxil olan müraciətlərin 93% şikayətlərdən ibarətdir.

E.Süleymanova ötən il ölkədə insan haqlarının vəziyyətini yaxşı qiymətləndirib.

Müzakirələrdə çıxış edən iqtidaryönlü deputatlar da ombudsmanın hesabatını və fəaliyyətini müsbət dəyərləndiriblər. Amma müzakirələr zamanı müxalifətdən olan millət vəkillərinə söz verilməyib, bu da həmin deputatların narazılığına səbəb olub.

Parlament səs çoxluğu ilə hesabatı qəbul edib.

Azərbaycan qanunvericiliyinə görə, ombudsman yalnız bir müddətə 7 il ərzində işləyə bilər.