Martın 29-dan Azərbaycan yay vaxtına keçir

Martın 29-da saat 05:00-da Azərbaycanda saatlar 1 saat irəli çəkilməklə, yay vaxtına keçiləcək. Bununla da qış vaxtı başa çatacaq.

Qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib.

Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.