Kərzayinin rəqibi onun erkən seçki çağırışını ifşa etdi

Əfqanıstan prezidenti Həmid Kərzayinin rəqibi, keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzay onun erkən prezident seçkiləri keçirilməsi çağırışını ifşa edib. O bildirib ki, apreldə keçiriləcək saxta seçkilərdə iştirak etməyəcək.

Fevralın 28-i prezident Kərzayi bildirmişdi ki, prezident seçkilərini tarixi mərkəzi seçki komissiyasının təyin etdiyi avqustun 20-dən daha əvvələ-aprel ayına keçirilməlidir. Əşrəf Qəni Əhmədzay Kərzayini hakimiyyət səlahiyyətindən öz mənafeyi üçün istifadə etməkdə günahlandırıb.

NATO-nun Sülhyaratma qüvvələrinin sözçüsü isə Əfqanıstandakı prezident seçkilərinin erkən keçirilməsi təhlükəsizliklə bağlı problemlər yaradacağını demişdi. Onun sözlərinə görə beynəlxalq qüvvələr üçün seçkilərin daha öncə elan olunan vaxtda – avqustun 20-də keçirilməsi daha əlverişli olardı.