Avropa Birliyi liderlərinin görüşündə qlobal böhran müzakirə edilir

Martın 1-də Brüsselə toplaşan Avropa Birliyinin liderləri qlobal maliyyə böhranı ilə birgə mübarizə aparmağın yollarını müzakirə edirlər. Fransa prezidenti Nikola Sarkozi bildirir ki, əgər ABŞ yerli sənayenin müdafiəsi istiqamətində addımlar atsa, o da Avropa Birliyinin özünün yerli sənaye müəssisələrinin müdafiəsinə çalışacaq.

Amma hələlik konkret qərarların qəbulu planlaşdırılmır. Bugünkü müzakirələr apreldə inkişaf etmiş 20 ölkənin Londonda keçiriləcək yüksək səviyyəli toplantısına hazırlıq üçün keçirilir.