Rusiyanın Azərbaycanda yeni səfiri vəzifəsinə Vladimir Dmitriyeviç Doroxin təyin edilib. Prezident Dmitri Medvedevin müvafiq fərmanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilib.
Doroxin 2006-cı ilin mayından Azərbaycanda Rusiyanın səfiri vəzifəsini tutan Vasili İstratovu əvəz edəcək.
Vladimir Doroxin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, SSRİ XİN və RF XİN mərkəzi aparatında və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə işləyib.
Son vaxtlara qədər Doroxin Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində çalışırdı.
2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir, macar, ingilis və alman dillərini bilir.
/Turan/