ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 26-da Bakıya gəlir. Fransalı həmsədr Bernar Fasie isə artıq Bakıdadır. «APA» Agentliyinin məlumatına görə, amerikalı və rusiyalı həmsədrlər Metyu Brayza ilə Yuri Merzlyakov da Bakıda olacaqlar.

Həmsədrlər fevralın 27-də Azərbaycan prezidenti və XİN ilə görüşdükdən sonra Ermənistana, daha sonra Dağlıq Qarabağa yollanacaqlar.

Həmsədrlərin regiona səfəri barədə razılıq yanvarın 28-də Azərbaycan və Ermənistan prezidentlərinin Sürix görüşü zamanı əldə olunub.