Pakistan məhkəməsi Navaz Şərifin seçkiyə buraxılmamasını düzgün sayıb

Pakistanın ali məhkəməsi keçmiş baş nazir Navaz Şərif və onun qardaşı Şahbaz Şərifin seçkiyə buraxılmamasıyla bağlı qərarı qüvvədə saxlayıb.

Məhkəmənin qərarına görə Pəncab əyalətinin rəhbəri Şahbaz Şərif tutduğu vəzifə və deputatlıqdan getməlidir.

Navaz Şərif ötən ilin yayında keçirilmiş seçkilərə korrupsiya və digər cinayətlərdə ittiham olunduğuna görə buraxılmamaışdı.