Rusiya Prezident Administrasiyasının rəhbəri Bakıya gələcək

Fevralın 26-da Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

«Turan»ın məlumatına görə, fevralın 27-də Narışkin MDU-nun Bakı filialının açılışında iştirak edəcək.

Həmçinin Narışkinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü və danışıqları nəzərdə tutulub.