1 milyona futbolçu şəkli olarmı?

Almaniya yığmasının üzvü Lukas Podolskinin internetdəki şəklinin hər pikseli 25 avroya satışa çıxarılıb.

Köln futbol klubunun internet saytındakı şəklin bütün 40 min pikseli satılsa klub 1 milyon avro əldə eləyəcək.
Kölnə isə əlavə 9 milyon lazımdır.

Köln klubu Podolskini Bavariyadan geri almaq istəyir. Ancaq Bavariya oyunçuya 10 milyon avro qiymət qoyub.

Formula-1 yarışlarında 7 dəfə dünya çempionu Mixael Şumaxer Podolskinin şəklinin 35 pikselini alıb.