Quantanamodan buraxılan Britaniyalı öz ölkəsinə qayıdıb

Efiopiya əsilli Binyam Mohamed deyir ki, həbsxanada ona işgəncə veriblər. O, Britaniyanın Mİ5 kəşfiyyat xidmətinin də bu işgəncədə əli olduğunu bildirib.

B. Mohamed 2002-ci il Pakistanda həbs olunub. Dediyinə görə onu gizlicə Pakistandan Mərakeşə aparıblar, orada işgəncələrə məruz qaldıqdan sonra Əfqanıstana, daha sonra Quantanamo həbsxanasına aparılıb.

ABŞ hakimiyyəti onu Amerika ərazisində sui-qəsd törətmədə ittiham edib, amma keçən il ittihamı geri götürüb.

B. Mohamed Barak Obamanın ABŞ prezidenti seçilməsindən bəri Quantanamo həbsxanasından azadlığa buraxılan ilk məhbusdur. Obama bu həbsxananı bağlayacağına söz verib.