İraqın Milli Muzeyi yenidən açıldı

Altı ilə yaxın fasilədən sonra İraqın Milli Muzeyi fevralın 23-də açılıb. ABŞ-ın başçılığı ilə bu ölkəyə hərbi müdaxilədən sonra muzey qarət edilmişdi. 2003-cü ilin aprelində muzey alt-üst edilib, oradan 15 000 eksponat oğurlanmışdı. Onlardan 4 000-ə yaxın dünyanın müxtəlif ölkələrindən geri qaytarılıb.