Xəzər İbrahim müşavir təyin olunub

Xəzər İbrahim Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir təyin olunub.
Bu barədə Azadlıq Radiosuna X. İbrahimin özü məlumat verib. O, yeni işinə bir həftədən sonra başlayacaq.

Buna qədər X. İbrahim Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi.

Hələlik onu XİN-nin birinci katibi Elxan Poluxov əvəzləyəcək.