İran rəsmisi hesab edir ki, Bəhrein əvvəllər İranın tabeçiliyində olub

Bəhrein əvvəllər krallığın İranın tabeçiliyində olmasıyla bağlı İran rəsmisinin bəyanatını ittiham edib.

Belə bir bəyanatla İran Məsləhət Şurasının üzvü Əli Əkbər Natiq Nuri çıxış edib.

Bəhreynin daxili işlər naziri Şeyx Rəşid bin Abdullla əl Xələf ərəb mətbuatına müsahibəsində bunun əməkdaşlıq və sabitliyə xidmət eləmədiyini deyib.

Həmçinin Səəduyyə Ərəbistanı bu cür bəyanatı məsuliyyətsizlik adlandırıb.