Benyamin Netanyahu İsrailin yeni baş naziri ola bilər

Likud partiyasının sərt siyasət tərəfdarı olan lideri Benyamin Netanyahuya İsrail hökumətini formalaşdırmaq səlahiyyəti verilib.
İsrail Prezidentinin sərəncamıyla Netanyahuya koalisiya yaratmaq üçün 6 həftə verilib. Əgər Netanyahu koalisiyanı formalaşdıra bilsə, İsrailin növbəti Baş naziri olacaq.

Benyamin Netanyahu təyinatdan dərhal sonra jurnalistlərə deyib ki, İsrail üçün əsas təhlükə İran və terrorçulardır.

Fevralın 10-dakı parlament seçkilərindən sonra Kadima partiyası 28 yer qazansa da, 27 yer tutan Likud partiyası sağçıların da dəstəyini qazana bildiyindən hökuməti formalaşdıra biləcək.