Obama iqtisadiyyata yardım paketini imzalayıb

Obama vergiləri azaltmağı və infrastruktura əlavə sərmayə qoymağı planlaşdırır

ABŞ prezidenti Barak Obama iqtisadiyyata 787 milyard dollarlıq yardım paketini imzalayıb.

Ötən həftə Konqresin hər iki palatası tərəfindən qəbul olunan planın qüvvəyə minməsi üçün prezidentin təsdiqi lazım idi.

Planda 3.5 milyondan artıq yeni iş yeri yaratmaq və ya onları qorumaq nəzərdə tutulur.

Bundan başqa vergilərin azaldılması və infrastruktura sərmayə qoyulması planlaşdırılır.

Planın qüvvəyə minməsinə baxmayaraq, Amerika birjalarında səhmlərin qiyməti yenə də düşüb.

Səhmdarlar ehtiyat edir ki, hökumətin xilas planına baxmayaraq, böhran dərinləşəcək.

Bu arada Amerikanın avtomobil şirkəti olan General Motors hökumətdən 30 milyard dollar yardım istəyib və bildirib ki, qlobal böhrandan çıxmaq üçün dünya üzrə 47 min iş yerini ixtisar edəcək.