Səudiyyə Ərəbistanında oğurluqda və qətldə günahkar bilinən şəxsin qılıncla boynunu vurublar. Ahməd bin Səid əl-Məssudi narkotik maddənin təsiri altında yoldaşının pulunu oğurlayıb və oğurluq vaxtı onu yaxalayan yoldaşını xəncərlə öldürüb. (Frans press)
Səudiyyə Ərəbistanı dünyada boyun vurma cəzasından istifadə edən yeganə ölkədi. Keçən il 100-dən çox şəxs bu yolla edam edilib.
Ölkədə tətbiq edilən şəriət qanunlarına görə, zorlama, qətl, kafirlik, silahlı basqın və narkotik qaçaqmalçılıqda günahkar bilinənlər edam cəzasına məhkum edilə bilər.