Özbəkistanda 3 jurnalist mühakimə olunur

Fevralın 16-da Özbəkistanda 3 jurnalist məhkəməyə çıxarılıb. Onlar islamçı türk təşkilatı hesab edilən “Ezgulik”ə üzv olmaqda ittiham edilirlər. Rəsmilər jurnalistləri “qadağan olunmuş ictimai təhlükəli dini qrup” təşkil etməkdə günahkar sayırlar.

“Ezgulik”dən verilən məlumata görə, ötən ay “İrmoq” jurnalının 5 əməkdaşı eyni ittihamla həbs olunub.