ABŞ Konqresi 789 milyard dollarlıq «xilas planı»nı qəbul edib

Planın lehinə 60, əleyhinə isə 38 senator səs verib

ABŞ Senatı prezident Barak Obamanın verdiyi iqtisadiyyatı stimullaşdırma planını qəbul edib.

Planın lehinə 60, əleyhinə isə 38 senator səs verib. Bundan əvvəl Nümayəndələr Palatası da 246 nəfər lehinə, 183 nəfər əleyhinə olmaqla qanun layihəsini dəstəkləmişdi.

789 milyard dollarlıq plan ABŞ iqtisadiyyatını son dövrlərin ən ciddi böhranından çıxarmalıdır.