Bəxtiyar Vahabzadə vəfat edib

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib. Xalq şairi ilə vida mərasimi fevralın 14-də keçiriləcək.

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanın xalq şairidir.

O, XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi hesab olunur.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.

Xalq şairi 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə «İstiqlal» ordeni ilə təltif edilib.