Güllə Medvedev birgə bəyannamə imzalayıblar

Türkiyə prezidentinin Rusiyaya fevralın 12-dən başlayan səfəri dörd gün davam edəcək

Rusiyada səfərdə olan Türkiyə prezidenti Abdullah Güllə rusiyalı həmkarı Dmitri Medvedev birgə bəyannamə imzalayıblar.

Prezidentlərin birgə keçirdikləri mətbuat konfransında Rusiya prezidenti deyib ki, Moskva Ankaranın Qafqazda sabitlik platforması təklifini müdafiə edir:

«Bizim ölkələrimiz Qafqaz regionunda təhlükəsizliyin qorunmasında maraqlıdır. Biz burada həmin təhlükəsizliyə şərait yaradan fikirlərlə həmrəy olduğumuzu bildirdik. Türkiyəli tərəfdaşlarımızın bu istiqamətdə təşəbbüslərini alqışlayırıq, o cümlədən də mən Qafqazda Sabitlik və Təhlükəsizlik Platformasını nəzərdə tuturam. Biz onun həyata keçirilməsinə imkanlar görürük».

Qafqaz respublikaları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Türkiyənin bu təklifini bundan əvvəl Azərbaycan və Gürcüstan da müdafiə etdiyini bildirib.

Türkiyə prezidentinin Rusiyaya fevralın 12-dən başlayan səfəri dörd gün davam edəcək.