Abdullah Gül Moskvaya gedir

Türkiyə prezidenti Abdullah Gül Moskvaya gedir. Gülün ofisindən verilən məlumata görə, o, fevralın 12-də Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcək, Rusiyayla Türkiyənin çoxsahəli əməkdaşlığının davamı barədə razılaşma imzalayacaqlar.

Abdullah Gülün həm də Tatarıstan lideri Mintimer Şeymiyevlə görüşü nəzərdə tutulub.

Rusiya Türkiyənin əsas iqtisadi müttəfiqlərindən biridir.