Panasonic 15 min işçisini ixtisar edir

Yaponiyanın Panasonic şirkəti 15 min işçisini ixtisar edir, 27 zavodunu bağlayır.
 
Plazma televizorlarının ən böyük istehsalçısı olan Panasonic mart ayı itkilərinin 4 milyarddan çox olacağını bildirib. Bundan əvvəl Yaponiyanın Sony və Toşiba şirkəti də qlobal böhranla bağlı olaraq, işçilərini kütləvi ixtisar edib, xeyli zavod bağlayıblar.

Şirkətlərin ixtisarlarının yarısı Yaponiyanın payına düşür.