Fevralın 2-si Azərbaycanda Gənclər Günüdür

Fevralın 2-si 1997-ci ildən Azərbaycanda Gənclər günü kimi qeyd olunur

Mədəniyyət və Turizm Nazirliyi bu günü gənclərin iştirakı ilə konsert və sərgilər keçirməklə qeyd edəcək.
«Gənclər siyasəti haqqında» qanuna əsasən, ölkədə yaşı 16-dan 35-dək olan şəxslər gənc sayılırlar. Bu yaş qrupunda olan şəxslər hazırda Azərbaycan əhalisinin 60 faizini təşkil edir.

Xatırladaq ki, fevralın 2-si 1997-ci ildən Azərbaycanda Gənclər günü kimi qeyd olunur.