«Dalğa»çılar özlərini zəncirlədilər

10-a yaxın gənc polis bölməsinə aparılıb

Yanvarın 31-də özlərini zəncirləyən «Dalğa» Gənclər Hərəkatının üzvləri M.Ə. Rəsulzadə küçəsi ilə yürüş edərək, Kukla Teatrının qarşısındakı parka toplaşıblar.

Həmin parkda Məmməd Əmin Rəsulzadəyə heykəl ucaldılacağını bildirən daş lövhə var idi. Bakı meriyası onu götürüb yerində fontan quraşdırıb.

10-a yaxın gənc polis bölməsinə aparılıb. Yazılı izahat alındıqdan sonra sərbəst buraxılıblar.

«Dalğa» GH-nin üzvü Rahim Hacılı: «Biz rəmzi olaraq özümüzü zəncirləmişdik. Yürüşün məqsədi bundan ibarət idi ki, biz Rəsulzadəni yaşadan və Azərbaycanı Şərqdə lider edən ideyalar ətrafında birləşirik... Bizlərdən 9 nəfəri 9-cu polis bölməsinə gətirdilər. Digər aksiya iştirakçıları isə maşında yer olmadığından, bölməyə aparılmayıblar».

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M. Ə. Rəsulzadənin 125 illiyi qeyd olunub.