Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri səhhətinin yaxşı olmadığını əsas gətirərək istefa verib.
Baş nazir Qriqol Mqaloblişvili bu barədə yanvarın 30-da televiziya ilə canlı müraciətində məlumat verib. O, cəmi üç ay əvvəl bu vəzifəyə təyin edilmişdi.
Q.Mqaloblişvili öz yerinə müavini və Maliyyə naziri Nika Gilaurini məsləhət görüb.