Zaqatalada təşviqat qrupuna hücum olub

Zaqatala. 30 mart 2006-cı il

Yanvarın 24-də Zaqatalada əsasən qadınlardan ibarət bir dəstə müxalifətin referendumla balı təşviqat qrupu üzvilərinə hücum edib. Bu barədə «Azadlıq» radiosuna Müsavat partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Sultanov məlumat verib.
Saleh Sultanov deyir ki, bu insanlar hakim Yeni Azərbaycan Partiyasının Zaqataladakı qərargahından olublar.

Hakim partiyanın rayondakı təşkilat şöbəsinin sədri Habil Qurbanov isə «Azadlıq» radiosuna bildirir ki, bu məlumatlar yalandır.

Müsavat partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Sultanovun sözlərinə görə keçən həftə ərzində təşviqat qrupu üzvilərinə və onlara imza verənlərə qarşı təzyiqlər olub. Belə ki, imza toplayanların siyahısı əllərindən alınıb və imza verən şəxslər yerli icra nümayəndəliklərinə çağırılaraq xəbərdarlıq edilib ki, onlar bu imzalara görə iş yerlərini itirə bilərlər.