Bakıda xəstəxanada yanğın olub

Yanvarın 21-də Bakıdakı 2 saylı Əfəndiyev adına xəstəxanada yanğın olub. Yanğın ikimərtəbəli binanın ikinci mərtəbəsində doğum şöbəsinin tədris otağında baş verib. Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Alovun qarşısı xəstəxananın həkimləri tərəfindən alınıb. Ancaq təhlükəsizlik məqsədilə yanğınsöndürənlər çağırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. ANS