Ayətulla Əli Xameneyi: «İsrail mallarını almayın»

«İsrail mallarını almayın»-, İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi belə bir fətva verib. O, dünya müsəlmanlarını çağırıb ki, İsrail şirkətləri ilə alver etməsinlər.
İranın İsraillə ticarət əlaqələri yoxdur, ancaq bu fətva İranda işləyən, səhmdarları israillilər olan beynəlxalq şirkətlərə də aiddir.