Qafqazın gələcəyi İstanbulda müzakirə olunacaq

Yanvarın 17-si və 18-i İstanbulda «Cənubi Qafqazın gələcəyi» adlı konfrans keçiriləcək.
Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Türkiyənin, Avropa Birliyinin və Birləşmiş Ştatların rəsmiləri və ekspertləri regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Avropa Birliyinin Cənubi Qazqaz üzrə nümayəndəsi Piter Semnebi, ABŞ Dövlət katibinin köməkçisinin müavini Metyu Brayzə da konfrans iştirakçıları arasında olacaq.