Ronaldu ilin ən yaxşı futbolçusudur

Portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldu

Portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldu FİFA-nın 2008-ci ilin ən yaxşı futbolçusu mükafatının sahibi elan edilib.

Mükafatlandırma İsveçrənin Sürix şəhərində keçirilib.
23 yaşlı Kriştianu Ronaldudan sonra ikinci mükafat argentinalı Lionel Messi, üçüncü yer isə ispan futbolçusu Fernando Torresə qismət olub.