ABŞ-da 4 milyonadək yeni iş yeri yaradılacaq

Böhranın qarşısını almaq üçün Obamanın təklif etdiyi yardım paketi 800 milyard dollar dəyərindədir

2010-cu ilədək Birləşmiş Ştatlarda 4 milyonadək yeni iş yeri yaradılacaq. Bunu Amerikanın yeni prezidenti seçilmiş Barak Obama deyib.
İqtisadi böhranın qarşısını almaq üçün Barak Obamanın təklif etdiyi yardım paketi ilkin olaraq 800 milyard dollar dəyərində qiymətləndirilir.

Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi son 16 ildə rekord həddə -7.2 faizə qalxıb.