«FM tezliyinin qaytarılması gündəmdə deyil»

Əli Həsənov: «Xarici radioların alternativ vasitələrlə yayımı ilə bağlı təkliflər gözləyirik»

FM tezliklərinin xarici radiolara yenidən qaytarılması gündəmdə deyil. Həmin radioların dünyada qəbul olunmuş digər alternativ vasitələrlə yayımı ilə bağlı müzakirələr aparılır. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Turan»a bildirib.
Onun sözlərinə görə, xarici radioların rəhbərliyi ilə danışıqlar bundan sonra da davam etdiriləcək. «Hazırda xarici radioların alternativ vasitələrlə yayımı ilə bağlı Teleradio Yayımı Şurasından, teleradio yayımı ilə məşğul olan digər müvafiq qurumlardan və xarici radiostansiyaların rəhbərliyindən təkliflər gözləyirik»- deyə o, qeyd edib.

Milli Teleradio Şurası 2009-cu il yanvarın 1-dən «Amerikanın səsi», «Azadlıq» və BBC radiolarının FM tezliyində yayımını dayandırıb.