«Bu, siyasi qərardır»

Nino Oqnyanova

«Biz əminik ki, bu, siyasi qərardır». Nyu-Yorkdakı Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) nümayəndəsi Nino Oqnyanova xarici radioların yerli tezlikdən məhrum edilməsini şərh edərkən «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, faktiki olaraq «Azadlıq» radiosunun Azərbaycan xidməti ölkədə yerli auditoriyaya informasiya verən az sayda müstəqil mənbələrdən biri idi:

«Və radio ölkədə özünün populyarlığını artırmaqda idi. Beləliklə də biz bu cür populyar bir radionun yayımının davam etdirilməsindən imtina edilməsi üçün siyasi arqumentlərdən başqa, hər hansı texniki, bürokratik, hətta hüquqi bir əsas görmürük».