«Bu, yeni il ərəfəsində çox kədərli bir start idi»

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti Azərbaycan Milli Teleradio Şurasının xarici radioların sərbəst tezlikdə yayımlanmasını dayandıran qərarına münasibət bildirib:
«Azərbaycanda jurnalistlərə olan hücumlar nəticəsində onların təhlükəsizliyinin azalması nəzərə alınarsa, bu, xüsusilə məyusedicidir. Müstəqil mətbuat, onların redaktorları və jurnalistlərinə qarşı hücumların çoxu cəza sistemi tərəfindən idarə olunub. Bu jurnalistlərin çoxu indi həbsdədir. Bu qərarla yayım mediasında dalğaların hökumətyönümlü səslərin monopoliyası altına alınması prosesi tamamlanır. Bu, yeni il ərəfəsində çox kədərli bir start idi».

Cənab Haraşti daha sonra deyib: «Aydındır ki, təklif olunan alternativlər, istər internet ya peyk olsun, istərsə də qısa dalğa 21-ci əsrə uyğun alternativlər deyil və internetin sürətinin olduqca zəif olduğu Azərbaycanda da yararlı deyil. Mən düşünürəm ki, heç bir ölkədə, hətta internet sürətinin Azərbaycandakından qat-qat yüksək olduğu və hər iki medianın əl çatan olduğu ölkələrdə də internet radio FM-ə alternativ ola bilməz».

Azərbaycanda sərbəst yayımda 3 xarici radio fəaliyyət göstərir – «Azadlıq», «Amerikanın səsi» və BBC – gələn ildən onların FM tezliyində yayımı dayandırılacaq.