Buşa ayaqqabı atan jurnalistin məhkəməsi təxirə salınıb

ABŞ prezidenti Corc Buşa ayaqqabı atan jurnalistin məhkəməsi təxirə salınıb. Buna səbəb jurnalist Muntazer əl-Zaidinin vəkilinin yuxarı instansiyalara müraciət etməsidir.
Muntazer əl-Zaidi iki həftə əvvəl Bağdadda mətbut konfransı keçiriləndə ayaqqabılarını çıxarıb Buşa atmış, bununla Amerika prezidentinə nifrətini bildirmişdi. Zaidi demişdi ki, ayaqqabıları dul, yetim qoyduğu adamlar Buşa hədiyyə göndəriblər.