Bhuttonun qəbrini 200 minə yaxın adam ziyarət edib

Pakistanın hakim dairələri Bhuttoya qarşı qəsdin arxasında «Əl-Qaida»nın dayandığını iddia edirlər

Pakistanda mərhum baş nazir Binəzir Bhuttonun qəbrini 200 minə yaxın adam ziyarət edib. O, bir il bundan əvvəl kütlə qarşısında çıxış edərkən törədilmiş partlayış nəticəsində qətlə yetirilib. Həmin vaxt onunla yanaşı 20 adam da həlak olub.
Pakistanın hakim dairələri deyir ki, bu qəsdin arxasında «Əl-Qaida» durur.

Hadisəylə bağlı indiyədək 5 adam həbs olunsa da, istintaq hələ də başa çatdırılmayıb.

Binəzir Buhuttonun ölümündən sonra onun Pakistan Xalq Partiyasına həyat yoldaşı Asif Əli Zərdari rəhbərlik etdi, bu ilin sentyabrında keçirilmiş prezident seçkilərində isə hakimiyyətə gəldi.